Uzun illərdir Avropada mühacirətdə yaşayan jurnalist Emin Milli Azərbaycana qayıdıb.
Musavat.com xəbər verir ki, Emin Milli bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, Bakıda çəkilən fotosunu paylaşaraq yazıb: "12 ildən sonra vətənə qayıtdım, bu hissləri təsvir etmək çox çətindir".
Jurnalist həmçinin Şuşaya da getdiyini bildirib: "2025-ci ilin ilk gününü Şuşada qeyd etmək məni çox sevindirir. Ümid edirəm ki, bu il bütün dünyada sülh ili olacaq".
Qeyd edək ki, Emin Milli və dostu Adnan Hacızadə 2012-ci ildə həbsdən azad edildikdən sonra ölkəni tərk etmişdilər. Bundan sonra Emin Milli Almaniyada yaradılan “Meydan TV” media resursunun rəhbəri kimi fəaliyyət göstərmiş, 2019-cu ildə isə həmin təşkilatla vidalaşmışdı.