Emin Hüseynova da yeni müavin təyin olundu

Eldar Ramiq oğlu Seyidov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini vəzifəsinə təyin olunub.

Musavat.com xəbər verir ki, bu barədə nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, Eldar Seyidov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin baş məsləhətçisi olub.

17.07.2024 19:36
1323