Emin erməniəsilli müğənnini Bakıya gətirməsindən DANIŞDI

"Pulum tam olmadığı üçün yox, vəziyyət çətin idi. Amma vəziyyət ağır idi. Biznesin bir hissəsi pandemiya dövründə bağlandı: fitnes mərkəzləri, restoranlar. Heç kimi işdən çıxartmadım, komandanı saxlamağa çalışdım. Maaşları vermək üçün avtomobillərimi satdım".

Bu sözləri Xalq artisti Emin Ağalarov "Persona" layihəsində qonaq olduğu zaman deyib.

Müğənni pandemiya dövründə işçilərin maaşını ödəmək üçün avtomobillərini satdığını bildirib.

Emin "jara" festivalına erməniəslli müğənninin gəlməsindən danışıb. İfaçı "Jara" festivalı qalmaqalsız ötüşmədi. Rusiyada yaşayan erməniəsilli müğənniləri (müğənni Zara nəzərdə tutulur - red.) Bakıya dəvət etdiniz. Məsələn Azərbaycan Respublikasının icazəsi olmadan Ermənistanda konsert verən Soso Paliaşvilini gətirdiniz. Bu, Azərbaycandakı işinizə və yaradıcılığınıza necə təsir etdi" sualına belə reaksiya verib:

"Heç bir təsiri olmadı. Birincisi, Qarabağda çıxış etmiş müğənnilərin siyahısına gəldikdə hamısı anlamışdılar ki, onları aldadıblar. Bura gəlməzdən əvvəl bir sıra etaplardan keçdilər. Bunlarla da bura gəlişləri legallaşdı. Yəni, bu, mənim şəxsi qərarım deyildi. Qərar müxtəlif mərhələlərdə, müxtəli instansiyalar tərəfindən reallaşdırılmışdı. Üstəlik, o müğənnilərin hamısı Azərbaycanı çox sevirlər. Onalr bu səhnəyə ən xoş arzularla, xoş sözlərlə çıxırdılar. Tamaşaçılar da onları hərarətlə qarşılayırdı. Ona görə də deyə bilmərəm ki, biz ölkə olaraq və mən şəxsən haradasa nəsə itirdik. 

Aydındır ki, həmin mərhələdə məlum münaqişənin formalaşdırdığı neqativ var idi. Lakin mənə elə gəlir ki, ölkə artıq uğurla o səhifəni çevirir".

"Gələcəkdə erməni milliyətindən olan insanları Azərbaycana dəvət etmək istəyərdiniz" sualına isə Ağalarov "Bilmirəm, ölkəmizin mövqeyi necə olacaq. Başa düşdüyüm qədər idmançılar münaqişənin qaynar zamanı da bura gəlirdilər. Hətta ölkənin birinci şəxsi erməni idmançısının boynuna medal taxmışdı. Gözəl və doğru addım idi. Çünki idmanda qalib mənşəyindən, milliyətindən asılı olmayaraq qalibdir. Fikrimcə, musiqidə də elədir. Əgər mən başa düşsəm ki, ölkəmizə istənilən mənşəli müğənnilər gələ bilərlər, bu istiqamətdə ölkəmlə sinxron işləyəcəyəm. Ölkəmiz onların gəlişindən imtina etsə, biz də edəcəyik" cavabını verib. (Axşam.az)

28.04.2024 21:39
3486