Emin Ağalarov Qarabağa niyə gedib: iş adamı Xocavənddə butik otel inşa edir? VİDEO

Musavat.com-un daha əvvəl xəbər verdiyi kimi, tanınmış iş adamı və sənətçi Emin Ağalarov Qarabağa səfər edib.

O, bu ziyarətini “Qarabağ Azərbaycandır!” şüarı ilə müşayiət edən videolar paylaşaraq, bölgənin gözəlliklərini və tarixi abidələrini izləyiciləri ilə bölüşür.

Ağalarovun “eminofficial” adlı rəsmi Instagram səhifəsində paylaşdığı son videoda onun tarixi məkanlara baxış keçirdiyi görünür. Kadrlardan belə nəticə çıxır ki, Emin Ağalarov Qarabağa sırf turistik və biznes məqsədli – daha dəqiq desək, otel layihələri ilə bağlı səfər edib. O, xüsusilə də Xocavənd rayonu ərazisindəki bəzi qədim tikililəri nəzərdən keçirib və onların gələcəkdə butik otelə çevrilməsi ehtimalı ilə maraqlanıb.

Qeyd edək ki, Emin Ağalarov hazırda Azərbaycanın məşhur “Sea Breeze” istirahət kompleksinin yaradıcısı və rəhbəridir. Layihənin Özbəkistan, Bodrumda da reallaşdırılacağına dair iddialar var.

İndi isə onun Qarabağda da oxşar layihə gerçəkləşdirmək niyyətində olduğu ehtimal olunur. Paylaşılan qısa videoda danışıq hissəsi az olsa da, səfərin sırf turistik yox, biznes xarakterli olduğu güman edilir.

Musavat.com görüntüləri təqdim edir:

 

Musavat.com

04.08.2025 23:43
3772