Azərbaycanın Xalq artisti və iş adamı Emin Ağalarov rusiyalı jurnalist Ksenia Sobçak ilə müsahibəsində Azərbaycanda tam azad mətbuatın olduğunu, əhalinin 95%-nin internetə çıxışı olduğunu və internetin heç bir şəkildə məhdudlaşdırılmadığını qeyd edib.
Sobçakın “Dövlətə tabe olmayan, müstəqil, əsaslı KİV-lərdən üçünün adını çəkə bilərsənmi?”, sualına Ağalarov düşünmədən belə cavab verib: “İkisini dəqiq bilirəm – Haqqin.az və Musavat. Musavat ümumiyyətlə müxalifət nəşridir”.
Həmin hissəyə aid qısa dialoqun videosunu da təqdim edirik.
Musavat.com