Emin Ağalarov: "Hər şey 16 il əvvəl başladı" - FOTO/VİDEO


Xalq artisti Emin Ağalarov sosial şəbəkədə yeni video yayımlayıb.

Musavat.com xəbər verir ki, o instaqram hesabında ilk dəfə sənətə gəlişi ilə bağlı foto və videolar paylaşıb.

Artıq 16 ildir müğənniliklə məşğul olan sənətçi bu günə qədər ona dəstək olan hər kəsə təşəkkür edib:

"Hər şey 16 il əvvəl başladı. Bu mahnı ilə başladım. İndiyə qədər musiqi mənim həyatımda əsas yerlərdən birini tutur. Bu günə qədər mənə dəstək olan hər kəsə təşəkkür edirəm".

23.04.2022 11:39
2062