Xalq artisti Emin Ağalarov mərhum müğənni Elvis Preslinin yeganə övladı Liza Mari Preslinin dünyasını dəyişməsi ilə bağlı paylaşım edib.
Musavat.com-un xəbərinə görə, Emin bildirib ki, bu məlumat onu məyus edib:
"Elvis Preslinin yeganə övladının - Liza Marinin ölümünü indi eşitmək kədərlidir. Anası Prissilla və ailəsinə başsağlığı verirəm. Çox pis xəbər oldu".