Emil Qarayevə ali xüsusi rütbə verildi- Sərəncam

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Emil Qarayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, E.Qarayev 2024-cü ilin iyununda Dövlət Vergi Xidmətinin rəisinin müavini təyin edilib.

Musavat.com

21.02.2025 16:13
2462