Əməkdaşmız Ağdam-Şuşa-Xocavənd seçki dairəsinin 89 saylı məntəqəsindən xəbər verir  

124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin 89 saylı seçki məntəqəsində də səsvermə seçici fəallığı şəraitində davam edir.

Musavat.com-un adı çəkilən seçki məntəqəsindəki əməkdaşı xəbər verir ki, seçicilər bu seçki dairəsində 7 namizəd arasında seçim edirlər.

89 saylı məntəqə seçki komissiyasının sədri Aidə Zülfüqarova əməkdaşımıza bildirib ki, məntəqə üzrə 315 seçici qeydiyyatdadır.

Seçicilərin aktivliyi müşahidə edilir. Yeni Azərbaycan Partiyasının müşahidəçiləri və müstəqil yerli müşahidəçilər səsvermə prosesini izləyirlər. Müşahidəçilər də səsvermənin heç bir problem olmadan qanuna uyğun şəkildə seçici aktivliyi ilə davam etdiyini deyiblər.

Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.

Etibar Seyidağa,
Musavat.com

01.09.2024 14:01
286