Əməkdar artistin bacısı səsi ilə HEYRAN ETDİ - VİDEO

Əməkdar artist Aybəniz Haşımova bacısı Şölə ilə video paylaşıb.

"Tiktok" sosial platformasında ilk dəfə bacısı ilə məşhur "Qara giləm" mahnısını canlı ifa edən müğənninin bu paylaşımına çoxsaylı bəyənmələr və tərif dolu şərhlər gəlib.

Bacıların duetini bəyənən sosial şəbəkə istifadəçiləri xüsusilə də, Əməkdar artistin bacısının səsinə heyran qalıblar. Müğənnilikdən uzaq olan xanımın canlı ifası təəccübləndirib.

Həmin görüntünü təqdim edirik:

Milli.az

25.08.2024 17:03
1193