Əməkdar artistə nə olub? - AÇIQLAMA

Əməkdar artist Kübra Əliyeva səhhəti ilə bağlı açıqlama verib.

Aktrisa Qaynarinfo-ya bildirib ki, bir müddət əvvəl yol gedərkən yıxılıb və xəsarət alıb:

"Yıxıldım, qolum altımda qaldı. O gündən qolumda belə qaralma yaranıb. Həkimə getdim, müayinə edildi, amma keçmədi. İndi də qolum masaj olunur. Sabah da yenidən həkimə getməliyəm. Qollarım ağrayır, hərəkət etdirə bilmirəm".

23.08.2024 14:13
871