Əməkdar artistdə xərçəng tapıldı, əməliyyat olundu

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovda xərçəng xəstəliyi aşkarlanıb və bu yaxınlarda əməliyyat olunub.

Bu barədə Kult.az-a sənətkarın dostlarından olan prodüser Vasif Ayan məlumat verib.

O bildirib ki, aktyorun qalxanabənzər vəzisi inkişaf edib, limfa düyünləri yaranıb:

“Nəticədə xərçəng xəstəliyinə tutulan sənətkar təcili əməliyyat olunub. Səs telləri zədələndiyinə görə də səsini qismən itirib. Hazırda həkim nəzarəti altında saxlanılır”.

09.01.2024 19:32
1349