Əməkdar artist vəfat etdi

Rusiyanın Əməkdar artisti Leonid Okunev vəfat edib.

Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, aktyor 75 yaşında Tümendə dünyasını dəyişib. Onun hansı səbəbdən öldüyü açıqlanmayıb.

2022-ci ildə Tümenin fəxri vətəndaşı adını almış aktyor "Dövrümüzün qəhrəmanı", "Həvari", "Tutqun çay", "Karamazov qardaşları" və "Dostoyevski" kimi seriallarda oynayıb.

09.09.2024 14:30
731