Əməkdar artist Ramilə İsgəndər kokainlə tutuldu - FOTO

Moskvada evə baxış keçirildikdən sonra Rusiya Federasiyasının əməkdar artisti Ramilə İsgəndərin (Xisamova) üzərindən 2 kiloqram mefedron və bir doza kokain aşkar edilib.

Musavat.com lent.az-a istinadən xəbər verir ki, Penza Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Maruşkinskoye kəndində Rus Akademik Gənclər Teatrının 46 yaşlı aktrisasının evində axtarış aparıblar. Tədbir zamanı Xisamovanın evindən amfetamin və 0,05 qram kokain aşkar edilib. Bundan əlavə, onun avtomobilinin qapısının bəzəyinin altından çəkisi 1,966 qram olan iki bağlama aşkar edilib. Həmin bağlamaların içərisində mefedron olduğu müəyyən edilib.

Rusiya Federasiyasının əməkdar artisti barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin 5-ci hissəsi ilə (Xüsusən külli miqdarda narkotik vasitələrin istehsalı, satışı və ya ötürülməsi) cinayət işi başlanıb.

Ramilə İsgəndər müxtəlif seriallar və filmlərdəki rolları ilə tanınır, həmçinin Lunginin “Çar” filmində İvan Qrozunun həyat yoldaşı Mariya Temryukovna rolunu oynayıb.

Bundan əlavə, Ramilə İsgəndər səsi xarici filmlərdəki bir çox aktrisaların, o cümlədən Mila Kunis, Marion Cotillard və “Vicky Cristina Barselona” filmində qəhrəman Scarlett Cohansson-u səsləndirib.

14.09.2023 12:29
3579