ATV-nin efirində yayımlanan "El canlı" verilişinin növbəti qonağı əməkdar artist Gülüstan Əliyeva olub.
Sənətçi bir ay öncə qəza keçirdiyini açıqlayıb.
O, bildirib ki, baş verən qəzada günahı olmayıb:
"Maşın sürməyi özüm öyrənmişəm. Qarşımdakı avtomobil sükanı saxlaya bilməyib maşınlara çırpıldı. Üzbəüz gələn maşın hasara çırpılıb üstümüzə gəldi. Hadisə belə olub. Mən heç kimi vurmamışam, günahım olmayıb".//Milli.az