Əməkdar artist: "Qapını təpiklə açıb içəri girən kişinin başına dolanaram, ayağını da..."

Əməkdar artist Gövhər Rzayeva ATV kanalında tənqidlərə məruz qalacaq açıqlama verib.

Məşhur qarmon ifaçısı canlı efirdə çıxışı zamanı açıq-aşkar kişi xəyanətini dəstəklədiyini etiraf edib. Onun fikrincə, pul qazanıb ailəsininin maddi ehtiyaclarını ödəyə bilən hər bir bəy xanımını aldada bilər:

"Pul qazanan kişi başqadır. Qadın ona daim qulluq etməlidir. Bazarlıqdan gələn kişi qapını təpiklə açıb içəri girirsə, onun başına dolanaram, ayağını da yuyaram! Mənə qarşı diqqəti varsa, niyə ona qulluq etməyim? Mən düz danışıram.

Atam 52 yaşında rəhmətə gedib. Anam o günədək bazara getməyib. O, daha sonra bazarlığa gedəndə çörəyin qiymətini soruşub, sonra ağlayıb. Deyib ki, bu yaşadək çörəyin qiymətini bilməmişəm. Ona belə kişi qulluq edib. Razıyam, bu cür kişilər gedib xəyanət etsinlər. Mənə qəbuldur. Onsuz əvvəl-axır evinə qayıdacaq. Səni ər əl üstündə saxlayırsa, xəyanətini bağışlamalısan". (Qafqazinfo)

08.07.2023 23:33
1082