Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə geyimləri ilə bağlı yazılan tənqidlərə cavab verib.
Musavat.com axşam.az-a istinadən bildirir ki, aktrisa "Bizimləsən" proqramında geyimlərin ona aid olmadığını açıqlayıb:
"Geyindiyim paltarlar mənim deyil. Taxdığım eynək də mənim deyil. Hər dəfə yazırlar ki, gündə bir paltar geyinir və eynək taxır. Bunları mənə efir üçün verirlər".