"Sənətlə dolanan insanlarıq. 1 ay orucluqda, 2 ay Məhərrəmlikdə, mayda toy olmur. İyul və fevralda da toy olmur. Toyla dolananlardan danışıram".
Bu sözləri "Ay Zaur" proqramında əməkdar artist Cavanşir Məmmədov deyib. O, toylardakı vəziyyətdən də gileylənib:
"Biz də mədəniyyət sahəsinin fəhlələriyik, fəhlə olmaq özü şərəfdir. Toy idarə etmək çətindir, toya gedəndə çay da içə bilmirik. Deyir, 200 manatlıq çay içir. Mən 200 manatlıq kostyum geyinə bilmirəm. Paket çayı alıb içirik".