Əmanətləri dollardan başqa nədə saxlamaq sərfəlidir? – Rusiyalı ekspert açıqlayır  

 

Yalnız yaxın vaxtlarda xaricə səyahət etməyi planlaşdıranlar üçün dollara sərmayə qoymaq sərfəlidir. Qənaət etməyin daha sərfəli yolları var.

Musavat.com xəbər verir ki, bu fikirləri  maliyyəçi və risklərin idarə edilməsi üzrə mütəxəssis Yekaterina Katalina aif.ru saytına bildirib. Bundan əvvəl məlum olmuşdu ki, ruslar məzənnə 60-70 rubla düşərsə, dollar almağa hazırdırlar. Bu nəticələri Bankiros.ru sorğusu göstərib. Bununla belə, Katalina qeyd edib ki, belə bir proqnozu real adlandırmaq olmaz.

Bir qayda olaraq, onun sözlərinə görə, ekspertlər proqnozlar verərkən adətən ixrac olunan faydalı qazıntıların, neftin, qazın, metalların qiymətləri kimi mühüm amillərə diqqət yetirirlər və bu gün bütün bu göstəricilər gözlənilən kəskin azalmaya işarə etmir.

Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov qeyd edib ki, 2025-ci ildə orta illik məzənnə bir dollar üçün 96 rubl səviyyəsində qalacaq.

 “Birja ticarətinin olmaması səbəbindən bu gün valyuta bazarının tutumu azalıb. Hazırkı xarici iqtisadi şəraitdə dolların məzənnəsini 60-70 rubla endirmək mümkün deyil”.

Belə ki, həmsöhbət əlavə edib ki, bu gün dollar və avro almaq ancaq xaricə səfərə gedənlər üçün doğrudur. "Dollardan daha sərfəli əmanət alətləri var",- deyə Katalina bildirib.

“Bunlar xarici valyuta aktivləri, yuanla ifadə olunmuş istiqrazlardır. Yuan birja ticarətində ən likvid valyuta hesab olunur. Rubl depozitləri, kriptovalyuta, Rusiya qiymətli kağızları və qiymətli metallar da gəlirlidir - tarixən qızıl dollar və avrodan qat-qat sərfəli olub.

Ümumiyyətlə, noyabr ayı ərzində bir dolların qiyməti 95-105 rubl arasında dəyişə bilər. Bununla belə bu kurs Rusiya Federasiyasının büdcəsi üçün faydalıdır, çünki dövlətə bütün sosial öhdəlikləri yerinə yetirməyə kömək edir. Rusiya Federasiyası əsas gəlirini xarici ticarətdən alır və yüksək məzənnə ilə bu mənfəəti daha çox rubla dəyişə bilər".

 

Afaq,
Musavat.com

03.11.2024 12:53
1126