“Əsgərlikdən qaçan bəzi “neqodnılar” var, onlar əsgərlərin qarşısında bayraq tutanda mən utanıram. Onlar əsgərlərin qarşısında konsert verməsinlər, qətiyyən buna izacə vermirik!”
Musavat.com bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Tarixin bir günü” verilişində deyib.
O, əsəbi halda əlavə edib:
“Əsgərlərin qarşısında konsert verənlərdən öncə soruşsunlar ki, “sən əsgərlikdə olmusan, ya övladın əsgər gedib?” Mənim bu məsələdə alnım açıqdır. Oğlum 2007-ci ildə ən çətin vaxtlarda əsgərlik xidmətini yerinə yetirib”.
Xalidə Gəray,
Musavat.com