Elza Seyidcahandan posterini cıranlara qeyri-adi cavab: "Gəlirəm sizi dəstələməyə"

23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd Əməkdar artist Elza Seyidcahanın posterini cırıblar. 

Musavat.com bildirir ki, məzunu olduğu Bakı Musiqi Akademiyasının qarşısındakı stenddə təkcə öz posterinin cırıldığını görən Əməkdar artist video paylaşaraq, deyib:

"Məndən niyə qorxursunuz? Sizə rəqibəm, sağlam rəqabət aparıram. Niyə yenə də şəklimi cırdırırsınız? Niyə sizin şəkliniz cırılmır?

Dövlət başçısının imzası ilə Əməkdar artist adını daşıyıram. Buna da hörmətiniz yoxdur? Xanımlığıma, analığıma, övladlığıma hörmətiniz yoxdur?

İndi mən nə edim? Seçicilərimlə görüşlərə hazırlaşım, yoxsa təbliğat-təşviqat şəkillərimi cırdıranlarla məşğul olum? Gəlirəm dəstələməyə".

@@TVmusavat/94253@@


Xalidə Gəray

Musavat.com

29.08.2024 20:10
934