Elza Seyidcahandan İLGİNC AÇIQLAMA: “Avroviziya”ya mən getsəm...

Xəbər verdiyimiz kimi, Azərbaycan “Avroviziya-2025” mahnı müsabiqəsində birinci yarımfinalda mübarizəni dayandırıb. Bu il ölkəmizi təmsil edən “Mamagama” qrupu səhnədə maraqlı və fərqli performansla çıxış etsə də, təəssüf ki, finala adlaya bilmədi.

Mövzu ətrafında Musavat.com-a fikirlərini bölüşən Əməkdar artist Elza Seyidcahan təmsilçilərimizin səhnə çıxışını bəyənib:

“Təmsilçilərimizin performansı çox xoşuma gəldi. Xüsusən də səhnədə saz alətindən istifadə etmələri təqdirəlayiq idi. Bu, bizim milli ruhumuzu ifadə edən bir detal idi. Amma ümidləri qırılmasın – qarşıda onları uğurlu gələcək gözləyir”.

Elza Seyidcahan gələn il “Avroviziya” səhnəsinə özü çıxmaq istədiyini də açıqlayıb:

“Əgər gələn il mən getsəm, inşallah ki, Azərbaycan finala çıxar. Mən gedib birinci yeri necə lazımdır, alıb gələrəm!”

Xalidə Gəray
Musavat.com

14.05.2025 17:04
783