Efirdə səsləndirdiyi "Tüpürcəyim baldır mənim" şeirinə görə AYB-dən xəbərdarlıq alan Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.
Musavat.com bildirir ki, Elza Seyidcahan AYB-nin sədri, yazıçı Anar və Rəşad Məcidlə olan "xəbərdarlıq" görüşündən foto paylaşaraq qeyd edib:
"Azərbaycan Yazıçılar Birliyi məni məndən çox istəyir".
Qeyd edək ki, adı çəkilən şeiri ilə təşkilatın ictimai-ədəbi nüfuzuna xələl gətirdiyinə görə AYB Katibliyi tərəfindən qurumun üzvü Elza Seyidcahana xəbərdarlıq edilib.
Xalidə Gəray
Musavat.com