"Bəhram Bağırzadə məgər şairdir? O, yazıçıdır, qadınlar, Bakı haqqında kitablar yazıb. Bəs niyə Bəhram Bağırzadə AYB-yə üzv olanda oranın üzvləri hayqırmadılar, etiraz etmədilər?"
Musavat.com bildirir ki, bu sözləri Əməkdar artist, AYB üzvü Elza Seyidcahan MTV-nin efirində qonaq olarkən deyib.
Əməkdar artist ona etiraz edən AYB üzvlərinə bu cür cavab verib:
"Onlar sadəcə qorxularından belə edirlər. Çünki bilirlər ki, Elza Seyidcahan gedən yerdə canlanma baş verir. Amma onların bəziləri passivləşib".
Xatırladaq ki, bəzi qələm adamları Elzanın AYB-yə üzv olmasını Yazıçılar Birliyinə həqarət kimi də qiymətləndiriblər. Hətta buna görə AYB üzvlüyündən istefa verənlər də oldu. Belə ki, tanınmış şair, publisist, 1994-cü ildən AYB-nin üzvü olan Mürvət Qədimoğlu Həkəri Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə istefa ərizəsi ilə müraciət edib.
Xalidə Gəray
Musavat.com