Elza: "Anam mənim üçün zibillikdən çanta götürüb"

"Sentyabrın 1-də məktəbə geyinməyə paltarım yox idi. Anam bir qohumumuzdan mənim üçün ayaqqabı istədi, amma o, vermədi. Qonşumuz nəvəsinin ayaqqabısını verdi, bacımın köynək və ətəyini geyindim".

Musavat.com Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Onun sirri" proqramında deyib.

Müğənni yaşadığı çətin günləri xatırlayıb:

"Çantamın cəftəsi qırılmışdı. Kimsə anama dedi ki, zibillikdə bir çanta var. Onu Elza üçün götürəsən. Anam əvvəl razılaşmadı, sonra məcbur qalıb zibillikdəki çantanı götürüb düzəltdi".

14.08.2022 22:19
608