Milli Məclisdəki dinləmələrdə çıxış edən Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü “Siyasi partiyalar haqqında” qanun layihəsini təqdir edib.
Musavat.com-un xəbərinə görə, o bildirib ki, təmsil olunduğu partiyanın 4 təklifi qəbul olunub.
Elxan Şükürlünün sözlərinə görə, özünə güvənməyənlər qanun layihəsinin əleyhinə çıxacaq: “Baxın, görün təkcə Xalq Cəbhəsi ilə Müsavat Partiyasından neçə partiya çıxıb, elə bu zala baxmaq kifayətdir. Güclü olan bu qanun layihəsinin qəbulundan narahat olmamalıdır. Kim rəqabətə hazırdır, özünə arxayındır, o adamlar qanun layihəsinin ən sərt şəkildə hazırlanmasına razı olacaqlar”.
E.Paşasoy,
Musavat.com