Elxan Səmədovla Aslan Şahgəldiyevin SON DURUMU açıqlandı

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və qurumun vitse-prezidenti Aslan Şahgəldiyevin əməliyyatı uğurlu keçib.

Hər iki şəxs cərrahi müdaxilədən sonra klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.

Əməliyyatda iştirak edən həkimlərdən biri pasiyentlərin yaxınlarına bildirib ki, onların sağlıq durumu yerindədir və həyati təhlükələri yoxdur.

Qəzaya uğramış digər xəstələrə ilkin tibbi müdaxilələr olunub.

Sənan Abdullayev hər iki ayaq pəncəsinin əzilməsi, Rasim Qafarlı sağ diz oynağının əzilməsi, Elgiz Abbasov sağ diz nahiyəsinin əzilməsi və sınığı, Zaur Hacı-Məhərrəmov isə burun nahiyəsində küt travma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Vəziyyətləri sabitdir. Onlar stasionara yatırılıblar. (sportinfo.az)

17.12.2023 14:51
1274