Elxan Əsədov da vəzifəsindən azad edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini işdən çıxarılıb.

Məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Elxan Xəlil oğlu Əsədov sözügedən vəzifəsindən azad edilib.

Qeyd edək ki, 1955-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olan Elxan Əsədov uzun illər FHN-də çalışıb.//Qaynarinfo

22.12.2023 19:36
5340