Müğənni Elvin Abdullayev yeni klipinin çəkilişlərinə start verib.
Sənətçi bunun üçün Türkiyənin Ankara şəhərinə yollanıb. İfaçı "Bitmez"adlı yeni mahnısını ekranlaşdırır.
Elvin bəstəni türkiyəli iş adamının qızı Asıl Küçüklə duet şəklində səsləndirib.
İfaçılar birlikdə obyektiv qarşısına keçib. Asıl bildirib ki, bu onun ilk işidir:
"Çox həyəcanlıdır. Peşəkar bir komanda ilə çalışdıq. Həyəcanla layihənin təqdim olunmasını gözləyirəm".
"Bitmez" adlı bəstənin musiqisi Elvinin özünə, sözləri Arzu Yahyayevaya məxsusdur. Ekran işi yaxın günlərdə təqdim olunacaq. (Axşam.az)