Elton Con qismən kor oldu - FOTO

Britaniyalı müğənni Elton Con göz infeksiyası nəticəsində qismən kor olduğunu açıqlayıb.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə instaqram səhifəsində paylaşım edib.

"Yayda mən ciddi göz infeksiyası ilə üzləşdim və təəssüf ki, indi bir gözüm yalnız qismən görür", - deyə məşhur musiqiçi bildirib.

Elton əlavə edib ki, sağalma prosesi ləng gedir və zədələnmiş gözün görmə qabiliyyətinin bərpası bir qədər vaxt aparacaq.

04.09.2024 11:57
334