Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunu “Yeni Müsavat” qəzetinin fəaliyyətə başlamasının 35 illiyi münasibətilə təbrik edib.
Musavat.com xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli Rauf bəy, “Yeni Müsavat” qəzetinin 35-ci ildönümü ilə bağlı Sizi təbrik edir, bütün “Yeni Müsavat”-çılara möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları diləyirəm!
Mətbuat tariximizdə “Yeni Müsavat” qəzetinin 35 yaşı Azərbaycanda milli və müstəqil mətbuatın 35 yaşı deməkdir. Milli düşüncənin və milli oyanışın inkişafında əvəzsiz rolu olan “Yeni Müsavat” qəzetinin ideoloji müstəvidə böyük xidmətləri vardır. İnformasiya və kommunikasiya texnologiyalarının sürətli inkişaf etdiyi bir vaxtda həmişə müasir mətbuat kriteriyaları ilə ayaqlaşan və milli-mənəvi dəyərlərimizi qoruyan “Yeni Müsavat” qəzeti Azərbaycan mediasında özünəməxsus dəst-xətti ilə seçilib.
Hörmətli Rauf bəy, Sizi və bütün “Yeni Müsavat”-çıları 35 illik yubileylə bağlı həm öz adımdan, həm də rəhbərlik etdiyim Böyük Azərbaycan Pariyası adından bir daha təbrik edir, sizlərə möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıram".
Musavat.com