Elnur Ağayevə yüksək vəzifə verildi

Azərbaycan Mərkəzi Bankının Xəzinə departamentinin rəhbəri dəyişdib.

Musavat.com banker.az-a istinadla xəbər verir ki, Ələkbərov Fətullah Əkbər oğlu vəzifəsindən ayrılıb.

Onu bu vəzifədə Ağayev Elnur İdris oğlu əvəz edib.

Departamentin fəaliyyətinin əsas məqsədi ölkənin nağd pul ehtiyatlarının təhlükəsiz saxlanması, iqtisadiyyatın nağd pula olan tələbatının vaxtında, müvafiq həcmdə, strukturda və keyfiyyətdə effektiv ödənilməsindən ibarətdir.

Ağayev E.İ. bundan öncə "PAŞA Bank" ASC-də çalışıb.

 

 

22.08.2024 16:12
1316