Müğənni Elnarə Xəlilova "Sənsizəm" adlı mahnısına çəkdirdiyi klipinin televiziyadan sildirildiyini iddia edib.
Bu haqda sənətçi özü məlumat yayıb.
İnstaqram hesabında ekran işindən bir parça yayımlayan Xəlilova bunları yazıb:
"Kimin etdiyini bilirəm".
Elnarə klipi telekanallardan birində çalışan efir rejissorunun sildiyini yazıb. O əlavə edib ki, rejissor bunu bilmədən edib. İfaçı həmin şəxsin adını gizli saxlayıb. (Axşam.az)