Elnarə Xəlilova əsəbiləşdi: "Orta məktəbi düz-əməlli bitirə bilməyib..."

"Həqiqətən də kiminin əvvəli, kiminin axırı. Birinin iki ali təhsili var, biri də heç orta məktəbi düz-əməlli bitirə bilməyib. Birinin göstərə biləcəyi sənət o qədər zəngindir ki, onun özünütəsdiqə ümumiyyətlə ehtiyacı yoxdur. Biri də əməliyyat olunmuş saxta "paxlava"larını göstərib, o qədər rişxənd edir ki, gəl görəsən".

Musavat.com xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova sosial şəbəkədə yazıb.

Sənətçi ad çəkmədən həmkarına söz ataraq qeyd edib:

"Daxili boş olanlar hər zaman zahirən süslənməyə ehtiyac duyacaq. Başqa göstərə biləcəyi heç nəyi yoxdur. Əksinə, daxili zəngin olanların göstərmək istədiyi yalnız sənətdir".

Xalidə Gəray
Musavat.com

06.10.2023 18:00
962