Elmirin qızı Amerikada ərə getdi - FOTOlar

Keçmiş "Dəyirman" qrupunun üzvlərindən olan Elmir Teymurun qızı Amerikada ailə qurub.

Musavat.com axşam.az-a istinadən xəbər verir ki, ifaçı qızı Mariyanın nikah şəkillərini sosial şəbəkə hesabında paylaşıb. 

Elmir fotolara "Ailəmiz böyüyür, təbrik edirəm. İndi qayınata rolunda" şərhini yazıb. 

İfaçının xanımı Diana da fotolar yayımlayaraq cütlüyü təbrik edib. 

Mariya Denis adlı bəylə nikah masasına oturub. 

Qeyd edək ki, Elmir 2018-ci ildə "Greencard" qazanaraq Amerikaya köçüb.

 

28.08.2024 10:31
16328