Elməddin Quliyev işdən çıxdı

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev vəzifəsindən ayrılıb.

Musavat.com xəbər verir ki, bu barədə o, özü bildirib.

Elməddin Quliyev vəzifəsindən ayrılmasının səhhətində yaranan müvəqqəti narahatlıqlarla bağlı olduğunu deyib.

Qeyd edək ki, E.Quliyev YAP-ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə ötən ilin mayında təyin olunmuşdu.

08.07.2022 10:23
1822