Elm xərclərinin ÜDM-də payı hələ də tam rəqəmli deyil

Musavat.com xəbər verir ki, Milli Məclisin bu günki plenar iclasında 2023-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı müzakirələrdə çıxış edən millət vəkili Vüqar Bayramov bir sıra təkliflər ilə çıxış edib.

O bildirib ki, elm xərclərinin ÜDM-də payı kifayət qədər kiçikdir. O elmin inkişafı üçün bu istiqamətə daha çox vəsaitin ayrılmasını təklif edib. Deputat bildirib ki, elmin inkişafı üçün maliyyə təminatının gücləndirilməsi vacibdir.

Musavat.com

25.11.2022 12:14
833