İLK yayımlanma zamanı: 28 aprel, 21:16
Musavat.com xəbər verir ki, Rusiya mediası İlham Əliyevlə Vladimir Putinin görüşündən eksklüziv kadrlar yayır.
Bu görüntülər görüş günü rəsmən yayılmamışdı. Görüntülər əsasən kadrarxası məqamları əhatə edir. Videodan da göründüyü kimi, iki lider olduqca səmimi və mehribandırlar.
Musavat.com həmin görüntüləri oxucularının diqqətinə təqdim edir.
Bu görüntülər Ermənistan ictimaiyyətini və siyasi çevrələri narahat edib. Bu kadrların Ermənistandan şərhini təqdim edirik:
"İlham Əliyevin Moskvadakı son görüşünün yeni yayılan kadrları onun Kremldəki vəziyyətə mükəmməl nəzarət etdiyini açıq şəkildə nümayiş etdirir.
Münasibətlər rahat və səmimi idi, dərhal aydın olur ki, Vladimir Putin İlham Əliyevin yerini çox yüksək qiymətləndirir və bu, bütün nüanslarda, məsələn, Putinin Əliyevi maşına qədər müşayiət etməsində özünü göstərir. Adamda elə bir hiss yaranır ki, İlhamın maşınının arxasınca su da atacaq.
Bu, Moskva və Bakının müxtəlif strateji təşəbbüslərdə ideal müttəfiq və hətta qardaş olması tezisimizi bir daha təsdiqləyir".
Musavat.com