Aprelin 3-ü saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Ordumuzun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.
Müşahidəçilərin fikrincə, Brüsseldə keçiriləcək Əliyev - Paşinyan görüşü ərəfəsində erməni tərəfi təxribata yol verir. Bu, Bakıdan İrəvana sülh təklifinə, qarşı tərəfin də sülh müqaviləsinə hazır olduqlarını söyləməsinə, Belçikada olacaq görüşə təzyiqdirmi? Rusiyanın burada rolu ola bilərmi? Rusiya-Ukrayna müharibəsinin nəticələri Qarabağdakı vəziyyətə necə təsir edəcək?
TVMusavat-ın saat 15:30-da canlı efirində politoloq Vaqif Hüseynlə iqtisadiyyat yazarı Dünya Sakit Brüssel görüşünü, Rusiya-Ukrayna müharibəsini müzakirə edirlər. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com