Müğənni Əlikram Bayramovun qardaşı oğlu Rahid Bayramov itkin düşüb.
Bu barədə Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” verilişində bildirilib.
Belə ki, Ə.Bayramovun qardaşı Qafar Bayramov verilişə zəng edərək oğlunun mayın 8-dən itkin düşdüyünü deyib.
Onun sözlərinə görə, oğlu iki il bundan əvvəl də itkin düşüb, lakin 3 gün sonra yenidən evə qayıdıb.
R. Bayramov qeyd edib ki, oğlu 10 ildir Türkiyədə xarici gəmidə işləyir. Mayın 7-si Biləsuvardan Bakıya, qardaşıgilə gedib ki, sənədlərini düzəltsin, lakin ayın 8-dən ondan xəbər yoxdur.
Daha ətraflı süjetdə: