"Əli Mirəliyev, danışığına fikir ver, mən sənətə gələndə..." –VİDEO


"Kaş, Əli Mirəliyevlə duet oxumazdım. Kənardan baxıram, ayıbdır. Heç olmasa, o duetlərə hörmətlə yanaş, danışığını bil".

Musavat.com bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Musəvi qonaq olduğu "Xəbər ətər" verilişində deyib.

Sənətçini əsəbiləşdirən onun duet ortağı Əli Mirəliyevin efirlərin birində onun arxasıyca xoşagəlməz sözlər deməsi olub:

"Əlidən heç gözləməzdim. O dəfə verilişlərin birində deyib ki, "Ruhəngiz Musəvi və Ruhəngiz Allahverdiyeva toyda "Bu gecə" mahnısını qışqıra-qışqıra oxuyublar". Ayıbdır! Bundan sonra onunla efirə çıxmayacağam. Danışığına fikir ver, bəsdir. Bu şeylər mənə toxunur. Mən sənətə gələndə heç Əlini tanımırdım".

 

08.06.2024 12:21
1350