Əli Məsimli: “Parlament nəzarəti, ictimai nəzarət gücləndirilməli, şəffaflıq təmin olunmalıdır”

Milli Məclisdə “Büdcə sistemi haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuş müzakirə olundu. Layihə barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verdi.

T.Mirkişili onu da bildirdi ki, Büdcə Məcəlləsi haqqında qanunun müzakirəyə çıxarılması nəzərdə tutulur.

Deputat Əli Məsimli layihə barədə çıxış edərkən dövlət vəsaitlərindən qənaətli istifadənin zəruriliyindən bəhs etdi: “Dövlət fondunun vəsaitləri sürətlə artır. Bu vəsaitlərdən səmərəli istifadə mexanizmlərinin yaradılmasına ehtiyac var. Odur ki, parlament nəzarəti, ictimai nəzarət gücləndirilməli, şəffaflıq təmin olunmalıdır”.

Ə.Məsimli bildirdi ki, təkcə Dövlət Sosial Müdafiə Fondunun vəsaiti 5,6 milyard manatdan çoxdur. Deputat qəbulu gözlənilən Büdcə Məcəlləsi haqqında qanun layihəsinin hazırlanmasında bu məsələlərin nəzərə alınmasını vacib saydı.

E.Paşasoy,

Musavat.com

11.10.2022 16:55
464