Əli Kərimliyə bu cəza verildi

Dekabrın 2-də AXCP sədri Əli Kərimlinin işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com Milli.Az-a istinadən xəbər verir ki, Əli Kərimli barəsində şikayəti keçmiş partiya üzvü Aydın Əliyev verib.

O, partiya sədrinin ictimai təhqirlərinə məruz qaldığına görə şikayət etdiyini bildirib.

2019-cu ildə partiya sıralarından xaric edilən A.Əliyev məhkəmə yolu ilə yenidən üzvlüyünü bərpa edib. Onun başqa bir şikayəti əsasında isə AXCP-nin son qurultayının nəticələri etibarsız elan edilib. 

Nəsimi rayon məhkəməsi Məhkəmə AXCP-nin keçmiş üzvü Aydın Əliyevin xüsusi ittiham qaydasında şikayətini əsaslı hesab edib.

Qərara əsasən, Əli Kərimli böhtan atmaqda təqsirli bilinərək 1500 manat məbləğində cərimələnib.

02.12.2024 15:40
2076