Müğənni Elşad Qarayev qalmaqallı açıqlaması ilə diqqət çəkib.
"Dünya Tv"də yayımlanan "İbo Şou"da qonaq olan sənətçi həmkarı Əli Mirəliyevin ünvanına sərt sözlər deyib.
O, 60 ildir sənətdə olan müğənninin oxumağı ilə deyil, insanların arxasınca danışmağı ilə tanındığını iddia edib:
"Onun bir mahnısı var, ona nə deyim? Arxasınca da danışmıram. Ekranda baxıb, qulaq assın. Əli oxuyandır bəyəm?! O, hamıya dərs deyir, amma özü oxuya bilmir. Neçə ildir səhnədədir. Sənətkar deməyə dilim də gəlmir. Mən 1974-cü ildən Bakıdayam, onun toylara getdiyini görməmişəm. Oxumağı ilə yox, onun-bunun arxasınca danışmağı ilə tanınıb".//Milli.az