Əli Əsədov Qazaxıstanın baş nazirinə başsağlığı verib

Oktyabrın 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş naziri Əlixan Smailova başsağlığı məktubu göndərib.

Musavat.com xəbər verir ki, Ə.Əsədov qeyd edib ki, Qaraqandada şaxtada baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin təəssüf hissi ilə qarşılayıb.

 

 

Məktubda Qazaxıstanın baş nazirinə, habelə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.

28.10.2023 15:05
696