Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qazaxıstana işgüzar səfəri çərçivəsində Astanada Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.
Bu barədə Musavat.com-a Nazirlər Kabinetindən məlumat verilib.
Qazaxıstan Prezidenti Baş nazir Əli Əsədovu və MDB Hökumət Başçıları Şurasının digər üzvlərini salamlayıb.