Əli Əsədov “Knauf” Şirkətlər Qrupunun nümayəndə heyəti ilə GÖRÜŞDÜ

İyunun 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Almaniyanın “Knauf” Şirkətlər Qrupunun nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən Musavat.com-a verilən xəbərə görə, görüşdə “Knauf” şirkətinin Azərbaycanda uzunmüddətli uğurlu fəaliyyəti barədə məlumat verilib.

Həmçinin əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
06.06.2024 16:30
438