Əli Əsədov İranda - FOTO

Azərbaycanın Baş naziri Əli Əsədov İrana gedib.

Bu barədə Musavat.com-a Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd olunub ki, Baş nazir Əli Əsədov İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın Tehranda keçiriləcək inaqurasiyasında (andiçmə mərasimi) iştirak edəcək.

30.07.2024 13:44
1209