Elgizlə Rüfət üz-üzə: “Səni yıxıb sürüyəcəm”

Meyxanaçı Rüfət Nasosnu və Elgiz Əkbər arasında qalmaqal yaşanıb.

Musavat.com bakıvaxtı.az-a istinadla xəbər verir ki, onlar bayağı mahnılara görə mübahisə ediblər.

Əvvəlcə aparıcı izləyicilərin Rüfət Nasosnunun mahnılarının bayağı olduğunu bildirdiklərini deyib. 

Rüfət isə bunun heç nəyi dəyişmədiyini bildirib: "Mənə xoşdur. Əsas odur ki, mahnıda hiss var. Nə fərqi var ki, bu nifrətdir, yoxsa sevgi. Əsas hissin olmasıdır".

Elgizinsə Rüfətə cavabı belə olub: "Mənə izləyicilər dedilər, mən də bildirdim. İndi sənə qulaq asacağıq, əgər mahnın bayağı olsa, səni yıxıb sürüyəcəm".

01.06.2024 12:51
1644