Elgizin verilişində biabırçılıq - Öldüyü deyilən Əməkdar artist efirə zəng etdi

Ölüm xəbəri yayılan Əməkdar artist Kifayət Gəncəli “Elgizlə izlə” verilişinə zəng edib.

Musavat.com xəbər verir ki, müğənni səhhətinin yaxşı olduğunu bildirib.

“Mənim üçün narahat olanlar sağ olsun. Ömrümüz 80,90 il olsun. Mən hələ konsertə hazırlaşıram, yaxşıyam” deyə, K.Gəncəli bildirib.

Qeyd edək ki, Elgiz Əməkdar artist Qorxmaz Əlilinin efirdə K.Gəncəlinin vəfat etdiyini dediyini bildirib.

31.01.2024 12:23
1610